Suraxanıda payız mövsümü ilə əlaqədar  ağacların əkilməsinə start verilib

18:41 09.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Payız mövsümü ilə əlaqədar olaraq paytaxtın Suraxanı rayonunda “Hərəyə bir ağac əkək” layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib. Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Suraxanı qəsəbəsində kiparis və şam ağacları əkilib. Ağacəkmə aksiyasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib.

Suraxanı RİH başçısı Yeni Suraxanı qəsəbə ərazisi üzrə nümayəndəsi Vahid Daniyev “Həftə içi”nə bildirdi ki,  bazar günü sözügedən qəsəbədə ümumrayon iməciliyi keçirilib. Onun sözlərinə görə, adıçəkilən qəsəbənin girəcəyində, 14 İyun küçəsində, təzə təmir edilən 101 saylı tam orta məktəbin ərazisində və Bakı-Aeroport yolunda 1000-dən çox ağac əkilib. Qəsəbədə 150  ədəddən çox ağacın da əkilməsi nəzərdə tutulub.